Türk qırıcıları terrorçuları məhv etdibackend

Türk qırıcıları terrorçuları məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Metina bölgəsində keçirilən “Pəncə-İldırım” əməliyyatı nəticəsində Hərbi Hava Qüvvələrimiz tərəfindən 3 PKK terrorçusu zərərsizləşdirilib. Ümumilikdə zərərsizləşdirilən PKK terrorçularının sayı bununla 82-yə çatıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Pəncə-İldırım” əməliyyatı aprelin 24-də başlayıb.