Türk Şurasında olmaq istəyirik – Ukraynadan gözlənilməz müraciətbackend

Türk Şurasında olmaq istəyirik – Ukraynadan gözlənilməz müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi üzv olmaq istədiklərini bəyan edib.

NOCOMMENT.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova məlumat verib.

O, müşahidəçi üzvlüklə Krımın ilhaqı məsələsini Türk Şurasında gündəmə gətirmək niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın üzvləri, Macarıstan isə müşahidəçi dövlətdir.

Teleqraf.com