Türkan qəsəbəsində obyektdə YANĞIN – VIDEObackend

Türkan qəsəbəsində obyektdə YANĞIN – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə A.Abdullayev küçəsindəki obyektdə olub.

“Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yangınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus, ümumi sahəsi 70 kvadratmetr olan avtomobil sürtkü yağlarının satış mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Ümumilikdə, obyektə bitişik olan digər tikililər də yanğından mühafizə olunub”, – deyə məlumatda bildirilib.