Xəzər rayonu, Türkan qəsəbəsi sakini yaşadığı ərazidə yaranan antisanitar vəziyyətdən şikayətçidir.
NOCOMMENT.az bildirir ki, Türkan qəsəbəsi sakini Vüqar Əmirov Oxu.Az-a ünvanladığı müraciətdə bildirib ki, qəsəbədə mərkəzi yolun yaxınlığı zibillik əraziyə çevrilib.
Onun sözlərinə görə, gecə saatlarında zibildaşıyan maşınlar digər ərazilərdə topladıqları məişət tullantılarını Türkan qəsəbəsində yol kənarına boşaldır:
“77-JG-850 dövlət nömrə nişanlı zibildaşıyan maşın hər gecə Türkan qəsəbəsində mərkəzi yolun yaxınlığına zibil boşaldır. Bu zibillərin haradan yığılıb gətirildiyini bilmirik. Zibildaşıyan maşındırsa, aparıb topladıqlarını Balaxanıya təhvil verməlidir, bura niyə tökülür?”
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.