Türkiyə 2 ölkənin ərazisini nəzarətə götürəcəkbackend

Türkiyə 2 ölkənin ərazisini nəzarətə götürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İraq və Suriyada 40 km-lik təhlükəsizlik zolağı yaratmaq məqsədilə antiterror əməliyyatı həyata keçirəcək.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, artıq əməliyyatın başlanmasına sayılı günlər qalıb.

Bildirilir ki, həyata keçiriləcək hərbi əməliyyatlar nəticəsində İraqın şimalında nəzərdə tutulan təhlükəsiz zonanın bu il ərzində tamamlanacağı planlaşdırılır.

“Milliyet”in yazdığına görə, ABŞ-də prezident seçkiləri ilə bağlı təşviqat prosesinin davam etdiyi, Suriyadan qoşunlarının çıxarılması ilə bağlı müzakirələrin də davam etdiyi bir zamanda hazırkı mərhələdə Türkiyənin prioriteti İraqdır. “Bu mərhələdə isə Suriyada diplomatiya ön planda olacaq”, – nəşr yazır.

“Haber7” bildirir ki, PKK-nin Suriya uzantısı PYD – YPG İraq sərhədindən başlayarq Suriyadan Aralıq dənizinədək uzanan terror dəhlizini yaratmaq planı var idi. Bu dəhliz 2016-cı ildən bəri “Fırat kalkanı”, “Zeytun dalı” və “Barış pınarı” əməliyyatları ilə böyük ölçüdə məhv edilib.
Sərhəd xətti boyunca və M4 şosesinə qədər uzanan dəhlizdəki boşluqların yeni əməliyyatlarla tamamilə bağlanması gündəmdədir.

Bu məqsədlə Türkiyə Silahlı Qüvvələri 2019-cu ildə İraq sərhədində “Pəncə” seriyalı əməliyyatlara başlayıb. Haftanin, Metina, Zap və Hakurk kimi terror təşkilatlarının uzun illərdir, məskunlaşdığı dağlıq bölgədə həyata keçirilən əməliyyatlar 2022-ci ilin aprelində “Pəncə kilit” əməliyyatı ilə yeni mərhələyə qədəm qoyub. Zap və Metina bölgələrindəki “Pəncə kilit” əməliyyatı son mərhələyə qədəm qoyub. Bu əmliyyatın başa çatması ilə İraq daxilində yerdən asılı olaraq 30-40 kilometr dərinlikdə təhlükəsizlik xətti qurulacaq.

Nazirlik mənbələri açıqlamalarında bildiriblər ki, əgər əvvəlki dövrdə məhdud, müddətli və məhdudiyyətli əməliyyatlar həyata keçirilirdisə, bu gün fasiləsiz əməliyyatlar aparılır. “Ölkəmizə qarşı təhlükələr sərhədlərimizin 30-40 kilometrliyindən başlayaraq aradan qaldırılır. Bu strategiya ilə bağlı birinci prioritetimiz terror təhlükəsini sərhədlərimizdən mümkün qədər uzaqlaşdırmaqdır”, – nazirliyin rəsmisi qeyd edib.