Türkiyə 48 qeyri-qanuni miqrantı xilas etdibackend

Türkiyə 48 qeyri-qanuni miqrantı xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində yunanlar tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan miqrantlar xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık açıqlarında rezin qayıqda nizamsız miqrantlar aşkar edib.

Bölgəyə istiqamətlənən “TCSG-6” qayıq komandası Türkiyə ərazi sularına sıxışdırılan Yəmən, Suriya və Fələstindən olan 48 qeyri-qanuni miqrantı xilas edib.

Rayon Jandarma Komandanlığı qruplarının dəstəyi ilə gəmidən endirilən əcnəbilər əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Geri Göndərilmə Mərkəzinə aparılıb.

NOCOMMENT.AZ