ABŞ Türkiyə ilə Suriya Ərəb Respublikası (SAR) arasında potensial yaxınlaşmadan narahatdır, çünki onlar Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına hərbi yardım göstərməyə davam edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında hansısa görüş tarixi barədə danışmaq hələ tezdir. Çelikin sözlərinə görə, əvvəlcə iki ölkənin xarici işlər nazirləri görüşməlidir. Birləşmiş Ştatlar bundan narahatdır”, – deyə o bildirib.
AKP nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar Əsədlə Türkiyənin o vaxtkı prezidenti Abdullah Gül arasında hələ Suriya böhranı başlamamışdan əvvəl keçirilən görüşdən narazılığını ifadə edərək, Suriyanı “yaramaz dövlət” adlandırıb.
“İndi vəziyyət aydındır: ABŞ (Türkiyədə terror təşkilatı hesab edilən) PYD, Suriya PKK və terror təşkilatı adlandırdığımız strukturlara dəstək verib. Suriya ilə yaxınlaşmağımız terror təşkilatı üçün kabusdur . Beləliklə, aydındır ki, terror təşkilatlarına himayədarlıq edən ölkələr normallaşmanın olmaması üçün çalışırlar”, – Çelik bildirib.