Ankara İnstitutunun tədqiqat direktoru Taha Özhan Lenta.ru-ya verdiyi müsahibədə bildirib ki, ABŞ-ın Rusiya və Yaxın Şərqə yönəlmiş xarici siyasəti digər ölkələrin təsiri altındadır.
“Düzünü desəm, düşünmürəm ki, Rusiya və Yaxın Şərq bu gün həqiqətən müstəqil Amerika xarici siyasəti ilə üzləşir. ABŞ-ın Rusiya və regiona qarşı siyasəti, əslində, digər ölkələr tərəfindən “qaçırılıb”, – deyə politoloq vurğulayıb.
NOCOMMENT.az bildirir ki, Özhanın sözlərinə görə, İsrail Vaşinqtonun Yaxın Şərq siyasətində əsas rol oynayır. O əlavə edib ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti öz növbəsində Avropa Birliyi və ona ən böyük təsir göstərən Böyük Britaniyanın davamıdır .
Bundan əvvəl ABŞ və Böyük Britaniyanın Cenevrədəki nümayəndələri InterContinental Otelində Rusiya məsələsini müzakirə etmişdilər.












