Türkiyə Aİ-dən siyasi maneələrin dərhal aradan qaldırılmasını gözləyirbackend

Türkiyə Aİ-dən siyasi maneələrin dərhal aradan qaldırılmasını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Avropa İttifaqına inteqrasiya yolunda siyasi maneələrin dərhal aradan qaldırılmasına ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalına müsahibəsində bildirib.

“Türkiyənin Aİ-yə üzvlüklə bağlı danışıqları bircə gün belə gözləmədən canlandırılmalı və irəlilədilməlidir. Bu proseslər artıq baş verməlidir. Biz Aİ-dəki bütün tərəfdaşlarımıza bildiririk ki, təşkilata tamhüquqlu üzvlük hədəfimizə sadiqik”, — deyə prezident qeyd edib.

Ərdoğanın sözlərinə görə, əgər birlik bu məsələyə strateji və uzaqgörən yanaşsa, Aİ-nin müvafiq addımlar atmasına heç bir maneə olmayacaq. O, Türkiyəyə qarşı siyasi baryerlərin təcili şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Avropa İttifaqı ilə ədalətli və bərabərlik prinsiplərinə əsaslanan münasibətlərin qurulacağına ümid etdiyini bildirib.