Türkiyə Almaniya səfirini XİN-ə çağırdıbackend

Türkiyə Almaniya səfirini XİN-ə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Zasse brifinqdə məlumat verib.

“Mən təsdiq edə bilərəm ki, bizim səfirimiz müxtəlif ölkələrdən olan digər həmkarları ilə birlikdə Türkiyə Xarici İşlər Nazirliyinə danışıqlara çağırılıb”, – deyə Zasse qeyd edib.

Onun sözlərinə görə, səfirin XİN-ə çağırılmasına səbəb Almaniyanın İstanbuldakı Baş Konsulluğunun bağlanması olub.

Qeyd edək ki, İsveç, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən fəaliyyətlərini müvəqqəqti dayandırdıqlarını bildiriblər.