Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat işlərini bərpa etdibackend

Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat işlərini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə “Barbaros Hayreddin Paşa” seysmik gəmisi tərəfindən həyata keçiriləcək Aralıq dənizində geoloji kəşfiyyat işlərinin bərpa olunduğunu elan edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, işlər 16 fevral tarixinədək aparılacaq və bu müddət ərzində gəmini “Tanux-1” və “Apollo Moon” gəmiləri müşayiət edəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyənin “Oruç Rəis” seysmoloji kəşfiyyat gəmisi ilə Yunanıstanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi ərazi olan Şərqi Aralıq dənizində seysmik tədqiqatlara başlaması Afina ilə Ankara arasındakı münasibətlərdə gərginliyə səbəb olmuşdu.