Türkiyə “Aralıq dənizinin tək sahibi mənəm” deyənlərə reaksiya verdibackend

Türkiyə “Aralıq dənizinin tək sahibi mənəm” deyənlərə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyənin seysmik araşdırma gəmisi “Oruç Reis”in fəaliyyətinə dair şərhə yazılı cavab verərək bildirib: “Xatırladaq ki, Türkiyənin “Oruç Reis” gəmisinin Birləşmiş Millətlər Təşklilatının (BM) göstərdiyi kontinental sahədə 2012-ci ildə Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) şirkəti ilə olan sənədə əsasən iyulda planlanan seysmik araşdırma fəaliyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bir müddət təxirə salındı. Almaniya və Avropa İttifaqının təkliflərilə diplomatiyaya imkan vermək və dialoq kanallarını yenidən canlandırmaq üçün bu yaxşı niyyət jestimiz qarşılıq almadı.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstan Misirlə keçən həftə sözdə “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması”na dair müqavilə imzaladı. 6 avqust 2020-ci il tarixində Misirlə bu quldur razılaşması ilə Yunanıstan dialoq mövzusunda səmimi və dürüst olmadığını ortaya qoydu. Bu müqavilə ilə Türkiyə və Liviyanın Şərqi Aralıq dənizindəki kontinental sahəsi pozuldu və “Oruç Reis” kəşfiyyat-axtarış gəmimiz, əvvəl planlaşdırıldığı kimi, 10 avqustdan seysmik araşdırma fəaliyyətinə başlamalı oldu.

Yunanıstanın etirazlarının heç bir hüquqi əsası yoxdur. Aralıq dənizində gərginliyi artıran tərəf Türkiyə deyil, Yunanıstandır.

Əsrlər boyu türk hakimiyyəti altında olan Aralıq dənizindən Türkiyəni kənarlaşdırmağa çalışmağa kimsənin haqqı yoxdur. “Aralıq dənizinin tək sahibi mənəm” anlayışıyla hərəkət edənlər xəyal qırıqlığına uğrayacaq. Türkiyə ona qarşı yaradılan şər ittifaqlarını yerlə yeksan edəcək qüdrət, möhkəmlik, imkan və qabiliyyətlərə malikdir.”

TRT Azəerbaycan