Türkiyə Avropa İttifaqına və daha iki ölkəyə NOTA VERDİ – SON DƏQİQƏbackend

Türkiyə Avropa İttifaqına və daha iki ölkəyə NOTA VERDİ – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili (Almaniyanın Türkiyədəki səfiri Ankaradan kənarda olduğu üçün) Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal tərəfindən XİN-ə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirlir:

“Türkiyənin açıq icazəsi olmadan bizə məxsus “Roseline A” ticarət gəmisinə “İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edildi. Bununla bağlı əlaqədar ölkələrə nota verildi. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu və təzminat hüquqlarımızın da qorunduğu qeyd edildi”.