Türkiyə-Azərbaycan sərhədi bu şəxslər üçün açıldıbackend

Türkiyə-Azərbaycan sərhədi bu şəxslər üçün açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayınının 1-indən sentyabrın 1-nə qədər Naxçıvan-Türkiyə keçidini təmin edən “Dilucu” sərhəd məntəqəsi vətəndaşların üzünə bağlanmışdı.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, sərhədlər bəzi şəxslər üçün açılıb. Belə ki, bu şəxslər sərhədlərin bağlı olduğu müddətdə qarşılıqlı olaraq keçid edə bilərlər:

– Azərbaycanda və Türkiyədə təhsil alan tələbələr;

– Sənədlərini təqdim etməklə iş adamları;

– Qarşılıqlı olaraq hər iki ölkə vətəndaşlarının cənazə mərasiminə;

– Naxçıvana öz şəxsi maşını ilə keçmək istəyən Azərbaycan vətəndaşlarına;

– Naxçıvandan gəlmək istəyən türk vətəndaşları və üçüncü ölkə vətəndaşları;

– Sənədlərini təqdim etmək şərti ilə Azərbaycanda və Türkiyədə müalicə alan hər iki ölkə vətəndaşları;

– Naxçıvan üzərindən hava yolu ilə keçmək istəyən hər iki ölkə vətəndaşlarına.