“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra elan olunmuş ümummilli matəm çərçivəsində biz səfirliyimizdə və Azərbaycandakı şəhid məzarlıqlarında bayraqları yarıya qədər endirdik”.
NOCOMMENT.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.
Qardaş ölkənin böyükelçiliyinin açıqlamasında saha sobra bildirilir: “Faciəli qəza nəticəsində həyatını itirən qardaşlarımızın xatirəsini bir daha anır, kədərli ailələrinə başsağlığı verir, dost Azərbaycan xalqının dərin hüznünü bölüşürük, başsağlığı veririk!”
Səfirlik qarşısındakı Türkiyə bayrağının, həmçinin Türk Şəhidləri qarşısında və digər ünvanlardakı Türkiyə və Azərbaycan bayraqlarının yarıyadək endirildiyini əks etdirən fotolar da yayımlanıb.\\Musavat.com