Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya gəlibbackend

Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıya gəlib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Numan Kurtulmuş sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.

TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.