Türkiyə Braziliyadan uçuşları dayandırırbackend

Türkiyə Braziliyadan uçuşları dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə koronavirusun yeni ştammına görə Braziliyadan uçuşları dayandırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.

Xatırladaq ki, Türkiyə daha əvvəl ötürülə bilən mutasiya edilmiş koronavirus növü səbəbindən Böyük Britaniya, Hollandiya, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırıb.

Ankara peyvənd kampaniyasına Çinin “Sinovac” vaksinindən istifadə edərək yanvarın 14-də başlayıb, indiyədək ölkədə 1,2 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.