Türkiyə bu ərazini itirə bilər – Xəbərdarlıqbackend

Türkiyə bu ərazini itirə bilər – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lozanna konfransında üç məsələ ilə bağlı razılıq əldə edilə bilmədi:

– Dünyanın strateji nöqtələrindən biri olan Boğazlar məsələsi. Bu məsələnin önəmi Rusiya-Ukrayna müharibəsində bir daha üzə çıxdı;

– Neftlə zəngin olan Mosul və Kərkük məsələsi;

– Hatay məsələsi.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, Mosul və Kərkük əldən getmişdi, Boğazlar məsələsi 1936-cı ildə həll edilməsinə baxmayaraq, Hatay problemi minbir dolaşıq yolla ancaq 1939-cu ildə öz həllini tapa bildi. İsmət İnönü Hatay məsələsinin konyektura və siyasi müzakirə yolu ilə həllini müdafiə edirdi. Atatürk bu vəziyyətə bir müddət səbir etsə də, bir yerdən sonra səbri tükənir.

Mustafa Kamal Atatürkün xəstəliyinin artdığı illərdə Hatay məsələsində fransızlarla böyük hay-küy qopur. Bu məsələ bağlı dikləşmə davam etdiyi vaxt Atatürkün xəstəliyi də ağırlaşır. Türkiyədəki həkimlər xəstəliyi çox gec təsbit edirlər. Atatürk xaricdən həkim gətirilməsi təklifini rədd edir. Çünki başqalarının başdakı adamın xəstə olduğunu və öləcəyini düşünməsini, eyni zamanda, Hatay məsələsində dövlətin mövqeyinin zəifləməsini istəmirdi.

“Məni türk həkimlərinə əmanət edin” ifadəsinin də əsas gerçək səbəbi budur. Xəstəlik çox ağırlaşdığı zaman Atatürkün ömrünün son dövründə məcburiyyət qarşısında fransız professor Noel Armand Fissincer çağırılır.

Fissincerdən Mustafa Kamal Atatürkün xəstəliyi haqqında yanlış açıqlama verməsi haqqında xahişin, bu məsələ ilə bağlı qripə bənzər kiçik bir naxoşluq kimi münasibət sərgilənməsi və Türkiyə mətbuatına rəsmi məlumat verilməməsi, xüsusilə də Liviyadakı qəzet başda olmaqla, xarici qəzetlərdə çıxan xəbərlərə etiraz və təkzibin əsas səbəbi Hataydır.

Senzura tətbiq olunmağına və təkziblərə baxmayaraq, xarici mətbuatda xəstəlik haqqında şayiələr artdığına görə onları boşa çıxarmaq üçün həkimlərin bütün xəbərdarlıqlarına rəğmən Atatürk Adanaya getməyə qərar verir, qatarının hazırlanmasını əmr edir. Məqsəd isə güclü lider görüntüsü verməkdir. Atatürkün sözə qulaq asmayacağını bilən dövlət ərkanı məcburi şəkildə onun dediyini edir. Çalxantılı qatar səyahəti onun narahatlığını daha da artırır. Bəzən yanındakılara söykənərək, bəzən də əlini paltosunun düymələri arasından içəri salaraq qaraciyərini tuta-tuta xalqla görüşür. Qayıtdıqdan sonra xəstəliyi ağırlaşır. Amma ən vacibi vermək istədiyi mesajdır: “Dimdik ayaq üstəyəm, qəti mən xəstəyəm deyə, Hatay məsələsində oyun oynamayın!”

Və ən yaxın diyardan ən uzaq diyara kimi mesaj verilir. Bu qədərlə də kifayətlənmir. Xəstəliyin ən ağır dövründə də “Hatay mənim şəxsi məsələmdir” sözünü isbat edirmiş kimi, bu məsələni diqqətdən kənarda qoymadı. Yəqin ki, xəstəliyin də təsirindən bir gün baş verən hadisələrə görə beyni pozulur və “Mənə min nəfərlik bir ordu hazırlayın, Hataya gedib partizan müharibəsi aparacam” deyir. Amma Hataya getmək bir tərəfə dursun, xaricə gedən qızı Sabiha Gökçəni Sirkəciyə qədər öz maşını ilə gedib yola salmağa dizlərində taqət olmur.

Atatürk özünə çox dərd etdiyi Hatayın Türkiyə ərazisinə qatıldığını görə bilmir. Hatay 1939-cu ildə Türkiyəyə birləşir.

Digər səbəblər bir tərəfə, biz Mosul və Kərkükü əhali sayı xeyrimizə olmasına baxmayaraq, seçki ilə itirdik, Hatayı isə eyni səbəbə görə seçki ilə qazandıq.

Strateji baxımdan çox önəmlidir. Kiçik görünsə də, Hatay probleminin başlamasından Türkiyə Cümhuriyyətinə birləşməyinədək orada dövlət belə qurulub. Hatayın türk torpağı olmasından on illər keçməsinə baxmayaraq, Suriya və Fransa başda olmaqla onların arxasındakı imperialistlər bunu həzm edə bilmir, həm də quyruq ağrıları var.

Hatayın bizdə olmasını həzm etmədilər, həzm edə bilmirlər. Xəritəyə baxdığımız zaman Hatayın geosiyasi və strateji əhəmiyyəti anlaşıldığı üçün bunu izah etməyə lüzum görmürəm.

Gözəl Hatayım zəlzələdə böyük bir fəlakət yaşadı. Fəlakətdən əvvəl dəyişən demoqrafik vəziyyət ondan sonra məcburi yaşanan köç səbəbi ilə yerli əhalinin əleyhinə oldu. Demoqrafik vəziyyətin tamamilə dəyişməsi üçün bilərəkdən bəzi fəaliyyətlərin görüldüyü xəbərini də üzüntü ilə alırıq.

Yazımın bundan sonrasını qısa və konkret yazacağam. Biz hansı yolla olursa olsun, Hataydakı yerli əhalini orda saxlamalıyıq. Məcbur olduqları üçün oranı tərk edən əhalini geriyə qaytarmaq üçün (ev lazımdırsa ev, təşviq lazımdırsa təşviq, birdəfəlik yardımlar, işləyən məmurlara əlavə ödəmələr, yeni fabriklərin inşaatı üçün təşviqlər) nə lazımdırsa etməli, bölgəyə yığılan xariciləri isə təcili şəkildə Türkiyənin digər vilayətlərinə paylamalıyıq. Bunları etməsək, yuxarıda yazdığım minbir zəhmətlə illər sonra aldığımız Hatayı on illər sonra seçki ilə itirmə riski ortaya çıxar.

Hatayın əhəmiyyətini, qısa müddət sonra gözlənilən problemi, orta zaman dilimində isə qarşıdakı çox böyük təhlükəni anlatdığıma inanıram.

Hatayın Atatürkün “Hatay mənim şəxsi məsələmdir” ifadəsindəki qədər əhəmiyyətinin başa düşülməsi və ona görə hərəkət edilməsi ümidi ilə…