NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan bildirib ki, İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasının qarşısını almağa çalışır. Onun sözlərinə görə, bütün dünya birliyi, xüsusilə müsəlman dövlətləri Fələstin xalqına yardım üçün səfərbər olmalıdır.
“Qəzzada həyat xəttinə çevrilmiş Rəfah keçidini açıq saxlamaq son dərəcə vacibdir. Yardımımız məhdud olsa da, qardaşlarımıza çatır. İsrail bu yardımı əngəlləməyə çalışır, Qəzzanı aclıq və susuzluğa məhkum edir, humanitar yardımın bölgəyə keçməsini əngəlləyir. Bütün dünya, xüsusilə də İslam ölkələri Qəzzaya yardım göstərmək üçün səfərbər olmalıdır”, – Ərdoğan qeyd edib.