Türkiyə dörd ölkəni “Şimal axını”nı pozmaqda ittiham edibbackend

Türkiyə dörd ölkəni “Şimal axını”nı pozmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mediası dörd ölkəni – ABŞ, Ukrayna , Polşa və Almaniyanı “Şimal axını”nı pozmaq üçün sui-qəsddə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

Nəşrin dərc etdiyi materialda bildirilir ki, Rusiya qazının Avropaya ixrac etdiyi “Şimal axını” və “Şimal axını 2” kəmərlərində partlayışlar adıçəkilən dövlətlərin əməkdaşlığı ilə törədilib.

“Şimal axınının zərərsizləşdirilməsinə yönəlmiş təxribat güclü dövlətlərin müdaxiləsi olmadan baş verə bilməzdi”, – nəşr yazır.

Nəşr aydınlaşdırıb ki, bütün ciddi elmi-tədqiqat institutları və media belə qənaətə gəlir. Eyni zamanda qəzet əlavə edib ki, ABŞ lap əvvəldən Rusiya qazının Avropaya nəqli üçün boru kəmərlərinin çəkilməsinin əleyhinə olub, özünün bahalı şist qazını tətbiq edib.

Avqustun əvvəlində Polşa “Şimal axını”nda partlayışda şübhəli bilinən şəxsi Almaniyaya təhvil verməkdən imtina etmişdi. Qeyd olunub ki, Berlin iyunun 21-də ukraynalı Vladimir Ts- in həbsinə dair Avropa orderini Varşavaya verib . Lakin iyulun 6-da həmin şəxs Polşanı tərk edərək diplomatik nömrəli avtomobillə evə qayıdıb.