Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadıbackend

Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kabildəki səfirliyi Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində 11 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Kabildəki səfirliyi Twitter hesabında partlayış nəticəsində həyatını itirənlərə başsağlığı verib.

Paylaşımda əyalətin mərkəzi rayonu olan Feyzabadda çoxlu sayda mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən terror aktlarının “qətiyyətlə pislənildiyi”, kədər içində olan ailələrə başsağlığı verildiyi və yaralılara tezliklə şəfa diləndiyi qeyd edilib.

Qeyd edək ki, İyunun 6-da terror təşkilatı İŞİD-ın Bədəxşan vilayətində törətdiyi bombalı sui-qəsd nəticəsində şəhid olan Taliban rəsmisi üçün vilayətin mərkəzi rayonu Feyzabaddakı məsciddə dəfn mərasimi keçirilib. Mərasimdə təşkil olunan bombalı hücum zamanı 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

NOCOMMENT.AZ