Türkiyə Ermənistanı təxribatlardan əl çəkməyə ÇAĞIRDIbackend

Türkiyə Ermənistanı təxribatlardan əl çəkməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, iclasda Ukrayna, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Yunanıstanla gərginlik və digər mövzular müzakirə edilib.

Görüşdən sonra yayılan bəyanatda Ermənistanın Azərbaycana qarşı təxribatları pislənilib. Bildirilib ki, Ermənistan ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Bəyanatda Kipr türklərinin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətin davam etdiriləcəyi vurğulanıb və bütün ölkələrə Şimali Kipir Türk Respublikasının müstəqilliyini tanımaq üçün çağırış edilib.