Türkiyə Hava Yollarının bəzi reysləri ləğv edildibackend

Türkiyə Hava Yollarının bəzi reysləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları (THY) İtaliyada milli tətil səbəbiylə 2 aprel bazar gününə planlaşdırılan bəzi reyslərinin ləğv edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə THY-nin Mətbuat Xidmətindən məlumat verilib.

2 aprel bazar gününə planlaşdırılan “TK 1323 İstanbul-Bolonya”, “TK 1324 Bolonya-İstanbul”, “TK 1871 İstanbul-Venesiya”, “TK 1872 Venesiya-İstanbul”, “TK 1895 İstanbul-Milan”, “TK 1896 Milan-İstanbul” reysləri olmayacaq.

NOCOMMENT.AZ