Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər – H.Akarbackend

Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər – H.Akar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə hərbçilər yaxın günlərdə bölgədə olacaqlar. Akar orada əsas məsələlərdən birinin insani məsələ olduğunu da qeyd edib: “Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Getdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla ora gələcək nə qədər məsum insanın həyatına qəsd edirlər. Türkiyədən gedəcək Mehmetcik bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərək və oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq”.