Türkiyə hərbi bazasına hücum: Şəhidlər varbackend

Türkiyə hərbi bazasına hücum: Şəhidlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Hasekə vilayətinin Tel-Tamər şəhərində yerləşən türk hərbçilərinin bazasının yaxınlığında iki partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl Hadath” kanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində türkiyəli hərbçilər arasında 10-a yaxın ölən və yaralanan var.

Ölənlərin sayı dəqiq deyil.

Türkiyə tərəfi məsələ ilə bağlı heç bir açıqlama verməyib.
axar.az