Türkiyə İraqda əməliyyat keçirib, PKK-nın liderlərindən biri öldürülübbackend

Türkiyə İraqda əməliyyat keçirib, PKK-nın liderlərindən biri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb. Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.

Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.

Onun yerini MİT-in agentləri müəyyənləşdirib.

Z.Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.