Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməlidirmi?backend

Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməlidirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Quran yandırmağa icazə verdikdən sonra ictimaiyyətin İsveç haqqında nə düşündüyü də maraq doğururdu.

NOCOMMENT xəbər verir ki, NATO-ya üzv olmaq üçün Türkiyənin səsinə ehtiyacı olan İsveçə vətəndaşlar və bir çox İslam ölkəsi sərt reaksiya verib.

Sosial şəbəkələrdə İsveçlə bağlı çoxlu söhbətlər gedir.

Anadolu Agentliyi də bu müzakirəni sorğu ilə dəstəkləyib.

AA-nın Twitter hesabında aparılan sorğuda “Sizcə Türkiyə İsveçin NATO üzvlüyünə dəstək verməlidirmi?” Bəli və yox variantının yer aldığı sorğuya 35 mindən çox səs verilib, çoxlu şərhlər edilib.

Digər tərəfdən, sosial şəbəkələrdə Türkiyənin NATO-dan çıxması ilə bağlı kampaniyalar başladılıb.

Görəsən, Türkiyə, İsveç və NATO üçbucağında gələcəkdə nə baş verəcək?