Türkiyə karantin tədbirləri ilə bağlı QƏRAR VERDİbackend

Türkiyə karantin tədbirləri ilə bağlı QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazar ertəsindən başlayaraq tədricən normallaşma təqvimimizin tətbiqinə başlayacağıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya vasitəsilə xalqa müraciəti zamanı bəyan edib. Dövlət başçısı koronavirus pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejiminin tədricən yumşaldılacağının anonsunu verib.

“Bütün detalları nazirlər kabineti toplantısından sonra açıqlayacağıq. İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq”, – deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, ötən sutka ərzində ölkədə yeni yoluxanların sayı cəmi 11.5 min olub ki, bu da aprelin ortalarında müşahidə olunan maksimum göstəricilərdən təqribən 5 dəfə aşağıdır. (oxu.az)