Çinin “Şjetszyan” klubunun futbolçusu Aaron Bupendza vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV nəşri məlumat yayıb.
28 yaşlı qabonlu hücumçunun binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Aaron Bupendza 2020/2021 mövsümündə Türkiyənin “Hatayspor” klubunun formasını geyinib.