Türkiyə Liviyanın qeyri-qanuni başçısı ilə bağlı mövqeyini AÇIQLADIbackend

Türkiyə Liviyanın qeyri-qanuni başçısı ilə bağlı mövqeyini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyә Liviyanın şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterin özünü dövlәt başçısı elan etmәsinә reaksiya göstәrәrәk beynәlxalq ictimaiyyәtin bununla bağlı lazımi addımı atmasının vacibliyini vurğulayıb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilir: ‘‘Hafter bu açıqlama ilә Liviyadakı böhranın dialoq yolu ilә hәll olunmasını istәmәdiyini, Berlin Konfransının nәticәlәri daxil olmaqla bu istiqamәtdәki beynәlxalq sәylәri dәstәklәmәdiyini bir daha qeyd edib’’.

Bәyanatda həmçinin qeyd olunub ki, Hafter bir ildәn çoxdur davam etdirdiyi hücumlarla Liviyadakı humanitar vәziyyәti daha da dәrinlәşdirib vә epidemiya dövründә bölgәyә tibbi lәvazimatın çatdırılmasına mane olub. Eyni zamanda beynәlxalq ictimaiyyәtin bununla bağlı addım atmasının vacibliyi vurğulanıb.

Qeyd edәk ki, Hafter dünәn axşam verdiyi açıqlamada Birlәşmiş Millәtlәr Tәşkilatının himayәsindә imzalanan ‘‘Suheyrat’’ müqavilәsinin lәğv olunduğunu vә özünün ölkә başçısı olduğunu iddia etmişdi.