Türkiyə MN Azərbaycanda keçirilmiş birgə təlimdən görüntülər paylaşıb – VİDEObackend

Türkiyə MN Azərbaycanda keçirilmiş birgə təlimdən görüntülər paylaşıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilmiş “Mustafa Kamal Atatürk Təlimi”ndən görüntülər paylaşıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib:

“Bir ürək, bir yumruq! Qardaş Azərbaycan Ordusu ilə birgə təşkil edilən və Hərbi Hava Qüvvələrimizin şəxsi heyətinin də xidmət göstərdiyi nəfəs kəsən görüntülər…”, – paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilib.