Türkiyə MN-dən Danimarkadakı çirkin hücuma reaksiyabackend

Türkiyə MN-dən Danimarkadakı çirkin hücuma reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi Danimarkada Qurani-Kərimə və türk bayrağına edilən hücumu pislədi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada 1,5 milyarddan çox müsəlmanın müqəddəs kitabı Qurani-Kərimə və şanlı türk bayrağına qarşı növbəti iyrənc hücumun Türkiyənin Danimarkadakı səfirliyi qarşısında olduğu bildirilib:

“Daha da önəmlisi, bütün xəbərdarlıq və cəhdlərə baxmayaraq, bütün bəşəriyyətə qarşı törədilən bu nifrət cinayəti qondarma demokratiya və ifadə azadlığı adı altında növbəti dəfə məsuliyyətsiz şəkildə izlənildi.”

“Bu təkəbbürlü və alçaq hücumu həyata keçirən qeyri-insani, qəzəbli məxluqları şiddətlə lənətləyirik” deyə açıqlamada qeyd olunub.

NOCOMMENT.AZ