Türkiyə MN-dən Moskva görüşü ilə bağlı AÇIQLAMAbackend

Türkiyə MN-dən Moskva görüşü ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri Rusiyada dördtərəfli görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Rusiya müdafiə naziri Sergey Şoyqu, İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani, Suriya müdafiə naziri Əli Mahmud Abbas və Rusiya, İran və Suriya kəşfiyyatı rəhbərləri Moskvada görüşüblər.

Görüş zamanı Suriyada təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması sahəsində atılacaq konkret addımlar, Suriyada terror təşkilatı və ekstremist qruplarla mübarizə, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.

NOCOMMENT.AZ