Suriyada Kürdüstan Fəhlə Partiyası (PKK) və ya Suriya Kürd Özünümüdafiə Qüvvələri (YPG) ilə atəşkəs razılaşması yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib.
“Biz terror təşkilatları ilə danışıqlar aparmırıq. Düşünürük ki, kimsə səhv danışıb”, – “Hürriyet” qəzeti onun sözlərini sitat gətirir.
O, Ankaranın terrorçu qüvvələrlə mübarizəni davam etdirəcəyinə və onları məğlub etmək üçün Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlıq edəcəyinə söz verib.
“PKK və YPG terror təşkilatları silahlarını yerə qoyana və xarici döyüşçülər Suriyanı tərk edənə qədər terrorla mübarizə tədbirlərimiz davam edəcək”, – deyə o vurğulayıb.