Ankara Respublika Baş Prokurorluğunun Məmur Cinayətləri İstintaq Bürosu və Milli Müdafiə Nazirliyinin apardığı birgə araşdırmalar zamanı, nazirlikdən tələb olunan bəzi icazə sənədləri qarşılığında mənfəət əldə edildiyi müəyyənləşib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun başlatdığı istintaq çərçivəsində 33 nəfər “rüşvət alma, vermə və rüşvətə vasitəçilik” ittihamları ilə saxlanılıb.
Məhkəməyə çıxarılan 33 nəfərdən 9-u həbs edilib, digər 24 nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıb.