Türkiyə münaqişə tərəfləri arasında vasitəçilik TƏKLİF EDİRbackend

Türkiyə münaqişə tərəfləri arasında vasitəçilik TƏKLİF EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Ankara Pakistanla İran arasında vasitəçilik təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır:

“Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, – bəyanatda bildirilib.

Rəsmi Ankara tərəfləri dialoqa çağırıb. Bundan başqa, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian və Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə telefonla danışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.