Türkiyə NATO-nu geri çəkilməyə məcbur etdi: Rusiyaya hərbi-strateji zərbə vuruldubackend

Türkiyə NATO-nu geri çəkilməyə məcbur etdi: Rusiyaya hərbi-strateji zərbə vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna savaşından sonra qorxuya düşən İsveç və Finlandiya Türkiyənin şərt-tələbləri qarşısında təslim oldu… İndi NATO daha da genişlənməklə yanaşı, həm də Rusiyanın qərb sərhədlərini şimal qütbünə qədər qapatmaq şansı qazandı…

Türkiyə və NATO arasında yaşanan problem artıq həll olunmaq üzrədir. Düzdür, indiyə qədər bu problemi daha çox İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı Türkiyənin öz veto hüququndan istifadə etməsi kimi təqdim etməyə çalışırdılar. Yəni, əsasən Türkiyə ilə İsveç və Finlandiya arasındakı ziddiyyətlər ilə izah edirdilər. Və NATO bu problemdən mümkün qədər özünü kənarda tutmağa üstünlük verirdi.

Ancaq reallıq ondan ibarət idi ki, rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qarşısını almaqla, əslində, bu hərbi-siyasi alyansın genişlənmə prosesini bloklamış olurdu. ABŞ və bəzi NATO ölkələri bundan ciddi şəkildə narazı idi. Və rəsmi Ankaraya qarşı müəyyən təzyiqlərlə, Türkiyənin veto hüququnu possivləşdirməyə cəhd göstərilirdi.

NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, rəsmi Ankara təzyiqlərə davam gətirməyi bacardı. Türkiyə öz mövqeyindən qətiyyən geri çəkilmədi. Sona qədər öz haqlı tələb-şərtlərinin arxasında dayandı. Nəticədə Türkiyə deyil, məhz qarşı tərəf həm NATO, həm də İsveç və Finlandiya geri çəkilməli, rəsmi Ankaranın bütün tələblərini qəbul etməli oldu.

thumbs_b2_ace89b51466c675247601717bdb6749d.jpg (475 KB)

Maraqlıdır ki, NATO-nun Madrid sammiti ərəfəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli anlaşma imzalanıb. Həmin anlaşmada rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı irəli sürdüyü şərtlərin hamısı ifadə olunub. Anlaşmaya görə, İsveç-Finlandiya cütlüyü terrorçu təşkilat olan PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək öhdəliyi götürüb. Eyni zamanda, hər iki ölkə PYD/YPG və FETÖ-yə daha dəstək verməyəcək, terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirəcək.

Digər tərəfdən, PKK və onun müxtəlif qollarını təmsil edən şəxslərin pul toplaması və işə götürülməsi, ümumiyyətlə fəaliyyətlərinin qadağan edilməsi, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması qərarlaşdırılıb. Terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və bunun ikitərəfli müqavilələr ilə tənzimlənməsi ilə bağlı anlaşma əldə olunub. Və bütün bunlarla bağlı həm İsveçin, həm də Finlandiyanın milli qanunvericiliyinə düzəlişlər ediləcək.

Təbii ki, rəsmi Ankaranın israrı ilə bütün bu addımların icrasına, eləcə də, anlaşmada yer alan digər önəmli maddələrin yerinə yetirilməsinə nəzarət etmək üçün ədliyyə, kəşfiyyat və təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizm yaradılacaq. Yəni, məsələ yalnız üçtərəfli anlaşmaların imzalanması ilə yekunlaşmır. Əldə olunmuş razılaşmanın müddəalarının necə yerinə yetirilməsinə də ciddi şəkildə nəzarət olunacaq.

Belə anlaşılır ki, NATO-nun genişlənməsi ilə bağlı prosesdə rəsmi Ankara öz hədəflərinə böyük ölçüdə nail ola bilib. İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul etmədən NATO-nun sıralarına qatıla bilmədi. Halbuki, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə istinad edən ABŞ və Qərb bu iki dövlətin heç bir qeyd-şərtsiz asanlıqla NATO-ya üzv olmasına cəhd edirdi.

turkiye-isvec-finlandiya-arasinda-uclu-memorandum-imzalandi-1034594-5.jpg (67 KB)

Onu da qeyd edək ki, bütün bu baş verənlər Türkiyənin beynəlxalq məkanda öz təsir gücünü ciddi şəkildə artırdığını növbəti dəfə təsdiqləmiş olur. Dünyanın ən nüfuzlu hərbi-siyasi qurumu hesab olunan NATO kimi bir təşkilat məhz Türkiyənin haqlı tələbləri qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Və rəsmi Ankaranı itirmək təhlükəsindən yayınmağa daha çox üstünlük verdi.

Məsələ ondadır ki, əgər, İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul etməsəydi, böyük ehtimalla NATO daxilində ciddi ziddiyyətlər yarana bilərdi. Hətta bu ziddiyyətlərin sonradan daha da dərinləşə və NATO-nun parçalanmasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyildi. Və proses uzadılsaydı, yəqin ki, hadisələr hansısa mərhələdə məhz belə xoşagəlməz istiqamət alacaqdı.

Ancaq NATO-nun rəhbərliyi ilk gündən bu təhlükəni nəzərə alması ilə diqqət çəkdi. NATO-nun baş katibi Yens Stoltenberq rəsmi Ankaranın tələbləri ictimailəşdirildikdən dərhal sonra Türkiyənin haqlı olduğunu bəyan etdi. Və Türkiyənin terrorizmdən ən çox zərər çəkən NATO ölkəsi olduğunu xüsusi olaraq, vurğuladı.

672895.jpg (37 KB)

Təbii ki, NATO baş katibinin belə qətiyyətli və ədalətli mövqeyi müəyyən mənada, İsveç və Finlandiyanı da fakt qarşısında qoyurdu. Bu iki ölkə Türkiyə ilə ziddiyyətlərin nizamlanması prosesində güzəştə getmək məcburiyyətində olduğunu qəbul etmək məcburiyyətində qaldı. Və bu məsələdə kənar təsirlərin rolu da olmamış deyil.

Bəzi məlumatlara görə, İsveç və Finlandiyanın Türkiyənin şərtlərini qəbul etməsi üçün bu iki ölkənin hökumətlərinə qeyri-rəsmi şəkildə də müəyyən diplomatik təzyiqlər də olub. Rusiyanın Ukraynaya qarşı savaşa başlamasından sonra özlərini təhlükədə hiss edən hər iki ölkə Türkiyənin bütün tələblərini qəbul etmək məcburiyyətində qaldı. Və indi NATO daha da genişlənməklə yanaşı, həm də Rusiyanın qərb sərhədlərinin şimal hissəsini də qapatmaq şansı qazandı.

Ona görə də, bu, Türkiyənin siyasi qələbəsi ilə yanaşı, həm də Rusiyanın hərbi-strateji məğlubiyyəti sayıla bilər. Rəsmi Ankaranın üçtərəfli anlaşmalara imza atması Rusiya siyasi dairələrində ciddi məyusluq doğurub. Və bu baxımdan, Kremlin Rusiya üçün yeni təhlükəni zərərsizləşdirmək üçün yeni imkanlar axtarmağa məcburdur.