Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətində yaranan məhdudiyyət səbəbindən Bakı ilə Naxçıvan arasında hava əlaqəsində çətinlik yaranıb. Bu vəziyyətdə Türkiyə qardaş ölkə olaraq Azərbaycana dəstək göstərib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə tərəfi Bakıdan Naxçıvana həyata keçirilən uçuşların müvəqqəti olaraq İğdır hava limanına yönləndirilməsini təklif edib. Təklifə əsasən, təyyarələr İğdıra enir, sərnişinlər və yüklər isə xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılır.
Rəsmi Bakı bu təşəbbüsü qəbul edib və artıq Bakıdan həyata keçirilən bəzi uçuşlar Iğdır hava limanına eniş edib.
Qeyd edək ki, bu addım Naxçıvanla əlaqənin fasiləsiz davam etməsi və sərnişin daşınmasının təmin edilməsi məqsədi daşıyır.
Sara
NOCOMMENT.az













