Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücum etməyə hazırlaşdıqları təyin olunan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qaçınılmaz son terrorçular üçün bəllidir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşdıqlarını təsbit etdikləri 6 PKK/YPG terrorçusunu heç bir hücuma keçmədən zərərsizləşdirib. Xain məqsədlərinə çata bilmədilər. Mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə bildirilib.