“Pəncə-Kilit” Hərəkatı bölgəsində Müqaviləli Piyada Əsgər Bünyamin Barlık şəhid olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Pəncə-Kilit Hərəkatı bölgəsində xidmət edən müqaviləli Piyada Əsgər Bünyamin Barlık tarlada sürüşməsi nəticəsində şəhid olub.
“Bizi dərin ağrı və kədərə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə,Türk Silahlı Qüvvələrinə, Soylu millətimizə başsağlığı və səbr diləyirik”, – deyə açıqlamada bildirilib.