Türkiyə ordusu daha bir şəhid verib.
NOCOMMENT.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi Piyada Mütəxəssisi Çavuş Mustafa Sezerin “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı təcavüz atəşi nəticəsində şəhid olduğunu açıqlayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
“10 avqust 2023-cü il tarixində “Pəncə-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatının açdığı təqib atəşindən sonra qəhrəman silahdaşımız Piyada Mütəxəssisi Çavuş Mustafa Sezər şəhid oldu. Bölgədə əməliyyatlar davam edir. Şəhidimizə Allah rəhmət eləsin. Dərdli ailəsinə, Türkiyə Silahlı Qüvvələri və soylu millətimizə başsağlığı və səbr diləyirik”.