Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürübbackend

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.