Türkiyə ordusu PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıbbackend

Türkiyə ordusu PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Gara bölgəsində PKK terrorçularının hədəflərinin məhv edilməsi üçün antiterror əməliyyatı keçirir.

NOCOMMENT xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

“Pence Kartal-2 Harekatı” adlı əməliyyat fevralın 10-da başlayıb.

Məlumata görə, İraqın şimalında terrorçuların yeni sığınacaq yerləri yaratdıqları təsbit olunub. PKK terrorçuları İraqın şimalından Türkiyənin dinc əhalisinin təhlükəsizliyini təhdid edir. Əməliyyatın məqsədi onların təhdidlərinin qarşısını almaqdır.

Əməliyyat davam edir.