Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu İraqda öldürüldübackend

Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu İraqda öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib, PKK/KCK terror qruplaşmasının üzvü Serdar Sönmez öldürülüb.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, onun kod adının “Eziz Qabar” olduğu bildirilir.

Məlumata görə, S.Sönmez Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşırmış. Türkiyə kəşfiyyatı bunu öyrəndikdən sonra terrorçunu addım-addım izləyib və onu zərərsizləşdirib.

S.Sönmez 2014-cü ildə PKK/KCK terror qruplaşmasının sıralarına qoşulub.