Türkiyə otellərinin banklara olan borcları 10 milyard dollara yaxınlaşıbbackend

Türkiyə otellərinin banklara olan borcları 10 milyard dollara yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə otellərin banklara artan borcları ilə bağlı problemlər səbəbindən turizm sənayesi ciddi problemlərlə üzləşə bilər – otellərin kütləvi şəkildə bağlanması səbəbindən qonaqlar üçün kifayət qədər yer olmaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, otellərin banklara borcu 10 milyard dollara çatıb. Halbuki iki il əvvəl bu rəqəm 8,5 milyard dollar idi. Bəzi mehmanxanaların borc müqavilələrinin müddəti artıq başa çatmaq üzrədir və yekunda banklar borcları ödəmək üçün əmlaka həbs qoyacaqlar.

“Otellərin 70-75 faizi bankların ipotekasındadır. Sahiblərə deyirlər ki, otellərini satsınlar, borclarını ödəsinlər”, – məqalədə qeyd olunur.

Keçən il ölkəyə təxminən 56 milyon turistin gəlməsinə dair yerli hakimiyyət orqanlarının təminatlarına baxmayaraq, bir sıra ekspertlər rəqəmlərin doğruluğuna şübhə ilə yanaşır.