Türkiyə öz boğazlarından minaaxtaran gəmilərin Ukraynaya keçməsini qadağan edibbackend

Türkiyə öz boğazlarından minaaxtaran gəmilərin Ukraynaya keçməsini qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul NATO müttəfiqlərinə Londonun daha əvvəl Ukraynaya təhvil verdiyi minaaxtaran gəmiləri boğazlarına buraxmayacağı barədə məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.

“Bəzi KİV-lərin Böyük Britaniya tərəfindən Ukraynaya təhvil verilən minaaxtaran gəmilərin Türkiyə boğazlarından Qara dənizə keçməsinə icazə verildiyi barədə iddiaları həqiqətə uyğun deyil”, – məlumatda bildirilib.

Hesabatda qeyd edilir ki,Türkiyə boğazlar haqqında Montrö Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq döyüşən tərəflərin hərbi gəmiləri üçün boğazları bağlayıb və Rusiyanın Ukraynaya hücumu başlayandan bəri bir dənə də olsun hərbi gəminin keçməsinə icazə verməyib.