Türkiyə özü istehsal etdiyi yeni koronavirus peyvəndinin ilk sınaqlarına başlayırbackend

Türkiyə özü istehsal etdiyi yeni koronavirus peyvəndinin ilk sınaqlarına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirusa qarşı yeni peyvəndin ilk klinik sınaqları başlayır.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay deyib: “Selcuk Universiteti professoru Osman Erganişin hazırladığı peyvənd nümunəsi klinik sınaqdan əvvəlki mərhələni bitirib və birinci mərhələ sınaqlarına başlayır”.

Onun sözlərinə görə, hazırda koronavirusa qarşı 18 yerli peyvənd üçün hazırlıqlar gedir. Belə ki, onlardan 7-si ümidvericidir; bunların dördü klinik tətbiq mərhələsindədir.

Oktay bildirib ki, Kayseri Erciyes Universiteti professoru Aykut Özdarendeli tərəfindən hazırlanan peyvənd son klinik mərhələni yaxında tamamlayacaq.