Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini dəstəkləyir, çalışmaların ən qısa zamanda müsbət nəticələr verəcəyinə ümid edirik.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
O, Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesində də müsbət addımların olduğunu qeyd edib.
Ərdoğan onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında davam edən prosesdə baş verəcək müsbət irəliləyiş ikincinin Türkiyə ilə də münasibətlərinə təsir edəcək.