Türkiyə Prezidenti: Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıqbackend

Türkiyə Prezidenti: Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün “TEKNOFEST” festivalını ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizin qürurunu yaşayırıq”.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Siz gənclər sabahın pilotsuz aparatlarını, yüksək texnoloji avadanlıqlarını kəşf edənlər sırasında olacaqsınız.

Gənclərimiz bu sahədə birlikdə addımlayacaq. “TEKNOFEST” nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq.