Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaqbackend

Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazar günü (dekabrın 11-də) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.

“Eyni zamanda, ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacağam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır: “Səylərimizi gələcəkdə də davam edəcəyik”.